Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur.
Mynews.az bildirir ki, bunu Trend-ə komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Komitə rəsmisi bildirib: "Bizdə bununla bağlı statistika yoxdur. Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar".
P.Əliyev deyib ki, evdən qaçan uşaqların arasında qızlar olsa da, oğlanlar üstünlük təşkil edir:
"Komitəyə il ərzində bununla bağlı 3-4 müraciət olur. Lakin o da nəzərə alınmalıdır ki, evdən qaçan hər bir uşaq bizə üz tutmur. Polisə də müraciət edənlər olur".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub