İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsiblər. Sol ayağının əsas hissəsini itirən oğlanın təkidi ilə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. Səkkiz saatdan sonra o, ikinci əməliyyata girib.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsi ilə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 santimetrə yaxın qısalma yaranıb.
Artıq evə buraxılan xəstə, bir il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalı idi. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası hətta səkkiz saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub