“Azərbaycanda dövlət səviyyəsində müvafiq qərara əsasən, 5-6 yaşlı uşaqlar məktəbəqədər hazırlıqla əhatə olunur. 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu, Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatda əksini tapıb.
Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində təhsilalanların sayı artsa da, hələlik bu amil arzuolunan səviyyədə deyil, digər ölkələrin göstəricilərindən geri qalır.
Müasir dövrdə məktəbəqədər təhsillə bağlı mövcud problemlər də açıqlanıb. Qeyd olunub ki, 1 – 5 yaşlı uşaqların kənd yerlərində 7%-nin, şəhər yerlərində 21% faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var.
“Məktəbəhazırlıq qrupları heç də bütün uşaqların məktəbəhazırlıqla əhatəliliyini artırmır, onlar yenə də məktəbdən kənarda qalırlar”, - deyə hesabatda vurğulanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub