Paytaxtın Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az verilən məlumata görə, diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub