Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən şəxs həkimə müraciət edən zamanı eşitdiklərinə inanmayıb. Məlum olub ki, 52 yaşlı Rövşən Abbasov ən böyük böyrəyə sahibdir. Onun böyrəklərinin ümumi çəkisinin 12 kiloqramdan çoxdur.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, böyrəklərinin çəkisi ilə Ginessin rekodları kitabına namizəddir. 52 yaşlı Rövşən Abbasov ən böyük böyrəyə sahibdir.
Goranboyun Veyisli kəndində məskunlaşan əslən Kəlbəcərdən olan Rövşən Abbasov 3 ildən artıqdır ki, böyrək xəstəliyindən əziyyət çəkib. Ancaq buna baxmayaraq özü də böyrəklərinin bu qədər böyük olmasından bixəbər olub.Həkimə müraciətdən sonra onda belə bir problemin olduğu müəyyənləşib.
Rövşən Abbasov bildirib ki, əvvəllər ağrıları çox olsa da amma böyrəklərinin çəkisi normal olub. Daha sonra xəstəliyi səbəbi ilə böyrəklərinin çəkisi artıb. Vəziyyəti hər keçən gün daha da şiddətlənib, hətta komaya da düşüb.
Daha sonra həkimə əməliyyat üçün müraciət zamanı böyrəklərindən birinin 6 kiloqram 300 qram digərinin isə 6 kiloqram 500 qram olduğunu bilib. Əməliyyat aparşlaraq böyrəkləri çıxarılıb. Hal-hazırda iki böyrəyi də olmayan Rövşən Abbasov dializə gedir və yaxın zamanlarda ona yeni böyrək köçürüləcək.
Qeyd edək ki, Ginnesin rekordlar kitabında ən böyük böyrəyin birlikdə çəkisi 7 kiloqram olub.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub