Müğənni-bəstəkar Rəhim Rəhimli ilə prodüser Tarix Əliyev (Tolik) arasındakı qalmaqal daha da böyüyüb.
Mynews.az axşam.az-a istinadən məlumatına görə, Rəhim ötən gün Tolikin ona "yekəbaş" deməsinə sərt cavab verib.
Tolik də onun sözlərini cavabsız qoymayıb. Prodüser İnstaqram səhifəsində Rəhimli ilə bağlı bunları yazıb:
“Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik 3 konsert edib. Ay “oçkili” oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edən də (düzüdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya…
Amma sən hələ gəl 10 sənətkarın ikimiz haqında danışığına bax, gör, sənin sənətin hansı yerdədir. Sonra özünə qiymət ver. Bir də ki, mənə Niyam Salami deyib, özümdən uydurmamışam. Həm də sən hələ o statusda müğənni deyilsən ki, işimə qiymət verəsən. Hələ özünü təsdiqlə, qalsın yan-yörən. Ağzımı da açdırma, mən sənin üçün o-bu deyiləm. Yerini bilsən pis olmaz.
Şükürlər olsun ki, pis aludəçiliyim yoxdur: nə siqaret çəkirəm, nə də ki…”.
Qeyd edək ki, Rəhim Toliki yalan danışmaqda günahlandırmış, insanların şəxsi həyatını efirdə açıq-aşkar dediyi üçün qınamışdı.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub