"Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb".
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Əmək bazarı: islahatlar və perspektivlər" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var: "Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də, ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir".
S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya" sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsilli, 22.3 faizi orta ixtisas təhsillidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub