Azərbaycanda köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması qadağan olunur.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 12-ci (Sonsuzluğun müalicəsi hüququ) maddəsində əskini tapıb.
Maddəyə əsasən, sonsuzluğun müalicəsi məqsədilə vətəndaşların tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ, köməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ var.
Qanun layihəsində qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub