Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir gecə gözlənilmədən gələ bilərik” deyərək anonsunu verdiyi Afrin əməliyyatına hazırlıq davam edir.
Mynews.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün Türkiyə-Suriya sərhədinə canlı qüvvə və hərbi texnikanın növbəti partiyası göndərilib.
Son günlər Afrin istiqamətində kəşfiyyat məlumatlarının toplanması prosesi sürətlənib. Sərhəd xəttindəki ordu bölmələrində Afrində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) qarşı keçirilməsi planlaşdırılan əməliyyat üçün “Hazır olun!” təlimatı verilib.
Kəşfiyyat mənbələrinə görə, ABŞ-ın təchizatı ilə Afrində böyük miqdarda silah toplayan YPG rəhbərliyi döyüşçüləri “böyük müharibəyə hazırlıq” üçün motivasiya edir. Türkiyənin Afrin əməliyyatının təşkilat üçün “ölüm-dirim savaşı” olacağı bildirilir.
2015-ci ildə Suriya ilə sərhəddə inşası başlayan təhlükəsizlik duvarı Afrin yaxınlığında götürülüb.Türkiyə Silahlı Qüvvələrinin Bolu 2-ci Komanda Briqadasının 30 hərbi texnikası dəmir yolu ilə Hatayın İskənderun mahalına gətirilib. Hərbi təchizatın davam etdiriləcəyi gözlənilir. Bu, əməliyyatın yaxın günlərdə başlayacağını deməyə əsas verir.(publika.az)
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub