Şirvanda itkin düşən qardaş-bacı tapılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.
Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub