Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.
Mynews.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub:
"Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb".
S.Qədirova bildirib ki, hadisə nəticəsində Bakı Dəmir Yolu Vağzalında təxminən 15 dəqiqə elektrik enerjisi olmayıb: "Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub, problem yoxdur".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub