Bakıda əhaliyə verilən içməli suda bakteriya aşkarlanıb

“Ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəricilərinə görə normaya uyğun olub”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu mərkəzin baş direktorunun müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.
O bildirib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.
Mərkəz rəsmisi qeyd edib ki, Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub:
“Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub”.
Cəmiyyət
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
- Xankəndidə ev almaq mümkündür?
- Bu avtobuslarda gediş haqqı dəyişdi - Yeni qiymət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 918 dəfə oxunub
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 915 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 599 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 587 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 583 dəfə oxunub