Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.
Mynews.az xəbər verir ki, bu barədə “Report”un əməkdaşı xəbər verir.
Belə ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.
Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.
Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
15:12
Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
Mynews.az xəbər verir ki, bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.
Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.
13:31
Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.
Mynews.az xəbər verir ki, APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub