“Burda nə olub?” sualının ardı-arası kəsilmirdi. Dəmiryolu vağzalının önündə insan izdihamını görən hər kəs onu maraqlandıran sualın cavabını tapmağa çalışırdı.
Təbii ki, cavab da eyni idi: “Deyirlər, bomba qoyulub, gözləyirik”…
Bəzən bunu dedikdə elə reaksiyalarla üzləşdik ki… Reaksiyalardan sonra anladım ki, bizim millətin nümayəndələri arasında səhlənkarların sayı kifayət qədərdir.
“Ala, bu bombanı hansı gicbəsər qoyub bura?” deyən ağsaqqaldan sonra bir qadının da reaksiyası belə oldu: “Əşşi, mən də deyirəm görən nə olub”…
Onu maraqlandıran suala cavab tapan ağsaqqal isə Azərbaycanda belə bir şeyin mümkün olmayacağını dedi: “Bəyəm, bura Əfqanıstan zaddır?”.
Növbə əlində bilet tutan xalaya çatdı. Qatarla hansısa rayona yola düşəcəkdi. Polis əməkdaşından camaatın hansı səbəbdən içəri buraxılmadığını soruşan qadın, aldığı cavabdan sonra bir qədər səsini yüksəltdi:
“Ə, çəkilin görün o yana, mənim evim-eşiyim var, tələsirəm, bomba nədir?”…
Mühafizəçilər qadına çətinliklə də olsa, vəziyyətin ciddiliyini anlada, qatarların hərəkətinin müvəqqəti olaraq dayandırıldığını bildirdilər…
3 saat davam edən bomba axtarışına insanların reaksiyası təkcə bununla bitmədi. Yazdıqlarım sadəcə, soyuq havada beynimin don vurmamış hissəsinin bir küncünə sıxılıb qalanlardır. Mən ilk dəfə idi ki, şokolad yeyib, bombanın partlamasını gözləyən qadın gördüm. Mən ilk dəfə idi ki, uşağının əlindən tutub, hadisənin gedişatını maraqla gözləyən ata gördüm. Mən ilk dəfə idi ki, bomba həyəcanını yaşayırdım.
İnşallah, bir də yaşamaram…
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub