Virtualaz.org saytının redaksiyasına bəzi yüksək vəzifəli Azərbaycan məmurları tərəfindən müxalifət KİV-inin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı "Azadlıq" qəzetinin və onun eyni adlı saytının maliyyələşdirməsinə şahidlik edən sensasiyalı faktlar daxil olub.
Virtualaz.org nümayəndələri "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifovla görüşlər keçirən və danışıqlar aparan məmurların adlarını dəqiqləşdirib. Məlumata görə, yüksək vəzifəli məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında S.Şərifova böyük məbləğdə pullar veriblər. Məmurların S.Şərifova çatdırdıqları maliyyə vəsaiti sonradan Fransaya-"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə göndərilib.
Sücəddin Şərifov
Saytımızın təhqiqatlar bölməsi həmin məmurların fəaliyyəti, onların AXCP və "Azadlıq" qəzeti ilə qarşılıqlı əlaqələri ilə bağlı xüsusi araşdırmalara başlayıb. Bu araşdırmaların nəticələrini ən yaxın vaxtda oxuculara təqdim edəcəyik.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub