Bakının mərkəzi küçələrində nəqliyyat vasitələrin hərəkət istiqaməti dəyişdirilib.
Mynews.az Avtopstop.tv-yə istinadən xəbər verir ki, Ü. Hacıbəyov və R.Behbudov, həmçinin Ü.Hacıbəyov və Bülbül prospektlərinin kəsişməsində hərəkət istiqamətləri dəyişib.
Bu gündən etibarən Üzeyir Hacıbəyov küçəsinin Bülbül prospekti ilə kəsişməsindən R. Behbudov küçəsi istiqamətinə "Giriş qadağandır" nişanı qoyulub.
Əvvəllər Bülübül prospektindən gələnlər sola, Ü.Hacıbəyov küçəsindən gələnlər isə düzünə hərəkət edə bilirdilər. Lakin yeni dəyişikliyə əsasən, Bülbül prospektindən yalnız düzünə, Ü.Hacıbəyov küçəsindən isə yalnız sağa hərəkətə icazə verilir. Ü.Hacıbəyov küçəsinin Sahil bağı istiqaməti birtərəfli yol olub.
Hələlik sürücülərə həmin istiqamətdə güzəşt edilir və cərimə yazılmır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub