50 yaşlı stansiya yeni görkəmdə sərnişinlərin ixtiyarına veriləcək. Bu məqsədlə təmir və yenidənqurma işləri sürətlə aparılır.
Söhbət indiyədək təmir olunmayan metronun Sahil stansiyasından gedir. Stansiyanın karroziyaya uğramış dəmir divarları sökülüb yenisi ilə əvəz olunub. Sərnişinlərin dayandığı platforma isə yararsız hala düşdüyündən bura yeni beton örtük vurulur.
Mynews.az bildirir ki, Sahil stansiyasında əsas yenilik isə eslalatorlarla bağlıdır.
"28 May" stansiyası ilə müqayisədə, burada quraşdırlacaq eskalatorların eni bir metr olacaq ki, bu da stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Stansiya 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz ediləcək.
Qeyd edək ki, Sahil stansiyasında bütün işlər qurumun öz hesabına, tikinti və istismar sahəsinin işçiləri tərəfindən görülür. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub