Azərbaycanın Əməkdar artisti, opera müğənnisi, dahi sənətkar Rəşid Behbubodovun qızı Rəşidə Rəşid son vaxtlarda maqazin gündəmini məşğul edən Aygün Bəylər və Röya qalmaqalına səssiz qala bilməyib.
Publika.az xəbər verir ki, Rəşidə Rəşid titulundan imtina etmək istədiyini deyib. Biryukli (qədim stolüstü rus oyun) oynamaqdan bezdiyini deyən R.Rəşid Aygün Bəylərlə Röya qamqallarından sonra titulundan imtina etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə yazıb:
"Mən, ümumiyyətlə, bu sahədə yoxam və belə şeylərə fikir vermirəm. Sadəcə artıq ümumi titulları daşımaq istəmirəm. Mən çoxdan imtina etmək istəyirdim. Lakin son illər ağır keçdi, anam xəstələndi. Bu barədə anamla da, ərimlə də, oğlumla da söhbətimiz oldu. Və anam seçim imkanı verdi, məni fikrimdən daşındırmadı. İndi çətin ki, kimsə məni saxlaya bilsin. Mən onlarla eyni adı daşımaq istəmirəm”.
R. Behbudova onu da vurğulayıb ki, bundan sonra sadəcə dahi sənətkar Rəşid Behbudovun qızı kimi qalmaq fikrindədir:
"Həqiqətən də hansısa ad daşımaq istəmirəm. Onlar özləri öz yaradıcılığını qiymətləndirir. Hamı sənətkardır, hamı xanımdır, hamı ulduzdur. Bezdim. Bu, mənlik deyil. Rəşidə - Rəşid Behbidovun qızı – mənim üçün ən yüksək addır. Mən adları ləğv edərdim! Karuzo və Pavarottinin adı olmayıb, əvəzində onları bütün dünya tanıyır, sevir və hörmət edir”.
Aygün Bəylərlə Röya Ayxan qalmaqalını aşağıdakı linkdən oxuya bilərsiniz:


1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub