Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də təcili yardım maşınının da iştirakı ilə zəncirvari qəza baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Bakıdan Salyan Mərkəzi Rayon Xəstəxanasına xəstə aparmağa gələn “MediStile” klinikasına məxsus təcili yardım maşını Salyan rayon sakininin idarə etdiyi “Paz” markalı 52 BD 861 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Bu zaman qəzaya uğradığından idarəetməsini itirmiş təcili yardım maşını ilə toqquşmadan yayınmaq istəyən ərzaq şirkətlərindən birinə məxsus yük maşını isə yolun kənarında dayanmış 52 BO 861 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşına dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.




1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub