Bağlanan “Dəmirbank” əmanətçilərinə müraciət ünvanlayıb.
Mynews.az həmin müraciəti təqdim edir:
“Hörmətli Müştərilər,
Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilmişdir.
Fəaliyyətdə olduğumuz müddət ərzində Sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq.
Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaqdır. Bununla bağlı mütəmadi olaraq Bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcəkdir. İnanırıq ki, hər bir müştərimiz sonda Dəmir Bankı xoş təəssüratla xatırlayacaq. Uğurlar.
Əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərsiniz”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub