Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.
Mynews.az "Report”a istinadən xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.
S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub