Postsovet məkanının kriminal aləmində "Pankisli Dato" ləqəbi ilə tanınan "lotu", 36 yaşlı çeçen David Alxanişvili İstanbulda güllələnib.
Mynews.az Rustavi-2 telekanalına istinadən bildirir ki, D.Alxanişviloi gecə saatlarında cangüdənləri ilə restorandan çıxanda vurulub.
Yaxınlarını dediklərinə görə, "Dato" restoranda şam yeməyində olanda ona zəng ediblər. Naməlum şəxs "Dato"dan çölə çıxmasını istəyib.

D.Alxanişvili restorandan çıxan kimi ona atəş açılıb. 6 güllə yarası alan "Pankisli Dato" olay yerində həlak olub.
İlkin versiyalara görə, Tariel Onianinin qruplaşmasına məxsus olan "Pankisli Dato"ya sui-qəsdin sifarişçisi hazırda Rusiyada həbsdə olan "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşov ola bilər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub