Daxili Qoşunların generalı ehtiyata buraxılıb.
Mynews.az APA-ya istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş. Xəlilovu “DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub