Azərbaycanlı mütəxəssis metrologiya sahəsi üzrə beynəlxalq təşkilat olan və mənzil-qərargahı Fransanın Sevr bələdiyyəsi ərazisində yerləşən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya təyinat alıb.
Mynews.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, adıçəkilən qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləmiş Rəhimə Quliyeva adıçəkilən beynəlxalq təşkilatda Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsində beynəlxalq əlaqələr üzrə köməkçi vəzifəsinə təyin olunub.
R.Quliyevanın əsas vəzifəsi üzv dövlətlərlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro arasında ikitərəfli əlaqələri genişləndirmək, keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirmək və s. məsələləri əhatə edir.
Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər.
Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan hökuməti adından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ilin yanvar ayından metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzvdür.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub