Amerikanın Pensilvaniya ştatının sakini Meri Xoromanski bir aylıq elektrik enerjisi üçün ona yazılan borcu sosial şəbəkələrdə paylaşaraq "Penelec" şirkətini biabır edib.
Merinin sözlərinə görə, ona yazılan 284 milyard dollara yaxın borcu 2018-ci ilin noyabr ayına qədər ödəməli olduğu bildirilib:
"Mən şokdayam. Rəqəmləri görəndə dəli oldum. Bu şirkət nə danışır? Bu qədər enerji sərfiyyatını mən necə edə bilərdim axı? Bu borcu 2018-ci ilin noyabr ayına qədər deyil, hətta bütün əmlakımı satsam, 100 il də çalışsam ödəyə bilmərəm. Xahiş edirəm buna aydınlıq gətirilsin".
Şirkət vəziyyətə aydınlıq gətirmək üçün Meri Xoromanski ilə əlaqə saxlayaraq rəqəmlərdə qarışıqlıq olduğunu və onun borcunun 284 dollar olduğunu bildirib. Yaranan narahatçılığa görə, şirkət vətəndaşdan üzr istəyərək ona Yeni il qabağı Milad yolkası və rəngli monitor hədiyyə edib.
publika.az


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub