Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin məhkəməsi başlayıb.
Mynews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə zərərçəkənlər ifadə verərək deyiblər ki, M.Ağayev onları polis və “Asan Xidmət”ə işə düzəldəcəyini vəd verərək külli miqdarda pul alıb.
Məmmədmirzə Tağıyev əlavə edib ki, M.Ağayev bu işlərdə qardaşı Mirşahinin əlaqələrindən istifadə etdiyini deyib: “Məni tikintiyə işə düzəltmək adı ilə 10 min manat aldı. Deyirdi Mirşahinin yaxşı əlaqələri var, bu işdə bizə kömək edəcək. Həm də pulları onun adından aldığını demişdi”.
Proses yanvarın 8-də davam etdiriləcək.
İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub