“Tezliklə qeydiyyatdan asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən “ASAN xidmət” mərkəzindən ala biləcəklər”.
Mynews.az-ın məlumatına əsasən, bunu Report-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən “ASAN xidmət” mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib:
“Mingəçevir “ASAN xidmət” mərkəzinin açılışından sonra ərazi məhdudiyyəti aradan qaldırılacaq”.
Agentlik rəhbəri 2018-ci ildə açılışı baş tutacaq mərkəzlər haqqında da məlumat verib:
“Növbəti ildə Şəki, Mingəçevir və İmişli regional “ASAN xidmət” mərkəzlərinin açılışı nəzərdə tutulub və bir neçə digər mərkəzin təməli qoyulacaq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub