Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.
Mynews.az xəbər verir ki, Kollegiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir:
“Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa, həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək”.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub