USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Prezident məmurlarla bağlı sərəncam imzaladı SİYAHI

17:25 26.12.2017
Prezident məmurlarla bağlı sərəncam imzaladı SİYAHI
17:25 26.12.2017
Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xanhüseyn oğlu Kazımovun İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.    Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb.   Dövlət başçısının digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib:   Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini   Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini   İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini   Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini   Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.    Onu da qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilən Fəxri Kazımov deputat Xanhüseyn Kazımlının oğludur.

Xəbər lenti

300x200r