“Təqaüdçüyəm. 30 il Təhsil Nazirliyində çalışmışam. Küçədə işə düzəltmə barədə elana rast gəldim. Hər şey bundan sonra başladı”.
BAKU.WS-in məlumatına görə, bu sözləri “şəbəkə biznesi”nin qurbanı olan Musa Space TV-də yayımlanan “Olar? Olmaz!” verilişinə danışıb.
“Olar? Olmaz!” bu dəfə şəbəkə biznesini araşdırıb və bir sıra məqamlara işıq tutub.
Zərərçəkən Musanın sözlərinə görə, “Green Line” adlı şirkətdə həyat yoldaşı ilə birlikdə işə başlayıb.
“Yoldaşım və mən adama 11 manat ödədik. Daha sonra isə adambaşına 300 manat ödədik. Dedilər burada kadr məsələsinə baxacaqsınız. İşə düzəlmək, dərman almaq istəyənlərin müraciətlərinə baxırdıq. Buraya gətirilən və satılan dərmanların hamısı Çin istehsalıdır. Bir neçə aydır gəlib-gedirik, amma bizə pul vermirlər”, - deyə zərərçəkən şəxs bildirib.
“Olar? Olmaz!” verilişinin aparıcısı sözügedən “şirkətə” gedib. Bu, “şirkət” rəhbəri və çalışanlar üçün gözlənilməz olub. Həmin anda nələrin yaşandığını aşağıdakı videomaterialda izləyə bilərsiniz.
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində bu gün axşam saat 19:55-də maraqlı anlar sizi gözləyir. Teleaparıcı Amil Xəlil bu dəfə də, şəbəkə bizneslərinin qurbanına çevrilən insanların şikayətini işıqlandıracaq. Bu gün 19:55 də Space Tv-də "Olar? Olmaz!" mütləq izləyin
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub