“Ölkə.Az” xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkillərinin maaşının 800 manat artırılması barədə məlumatlar yayılıb. Verilən məlumatlara görə, 2018-ci ildən deputatların maaşı 800 manat artacaq.
Məsələyə aydınlıq gətirmək üçün millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxladıq. Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, deputatların maaşı artırılmayıb.
“Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”, - deyə V.Əhmədov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub