Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.
Mynews.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb.
Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib.
Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.
09:29
Qubada üç alpinist itkin düşüb.
Oxu.Az bildirir ki, Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə iki gündür Xınalıq ərazisində yoxa çıxıblar.
İtən alpinistlər “Gilavar - Air & Extreme Sports Club”un üzvləridir. İdmançıların yaxınları bildiriblər ki, onlar Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Qeyd edilir ki, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının üzvləri, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışlara cəlb edilib.
Klub üzvləri məlumat veriblər ki, bu gündən alpinistlərin helikopterlə axtarışına başlanacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub