Qubada, Xınalıq ərazisində itkin düşən alpinistlərin kimliyi açıqlanıb.
Mynews.az xəbər verir ki, onlar Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir.
Namin Bünyadov sənaye alpinizmi ilə məşğuldur. O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışır.
N. Bünyadov bir neçə yüksək zirvəni fəth edib.
Qrupda ola digər alpinist Fəridə Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib. O, həm də velosipedçidir.
Qeyd edək ki, o, fotoqraflıqla da məşğul olur.
“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən biri Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) polis leytenantıdır.
Xatırladaq ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq - Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub