Nazirlik: Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər
“Gilavar” - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu”.
Mynews.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib.
O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə “Gilavar” - hava və ekstrim idman klubunun üzvləridir: “Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəldir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər”.
“Report” səfərə çıxa bilməyən alpinist Elman Əkbərova müraciət edib. Lakin E.Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub