Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub.
Səfirlikdən əlavə olaraq bildirilib ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib.
Qeyd edək ki, APA-nın Gürcüstan müxbiri Tbilisinin görkəmli azərbaycanlılarının adını daşıyan küçələrlə bağlı araşdırma apararkən, yerli azərbaycanlılar şəhərdə Rəşid Behbudovun adını daşıyan küçənin olmadığını bildiriblər. Məlum olur ki, onların məlumatsızlığına səbəb bu barədə xəbərin yerli və Azərbaycan mediasında işıqlandırılmamasıdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub