"Azərbaycanın dini mühitində baş verən bir sıra xoşagəlməz halların iki əsas mənbəyi mövcuddur".
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı deyib.
Onun sözlərinə görə, bunlardan birincisi xaricdən Azərbaycana ixrac olunan ekstremizmdir ki, dini rəng alaraq əhalinin mənəviyyatına, əxlaq dəyərlərinə ciddi zərbə vurur:
"İkinci cəhət isə bəzi qərəzli qüvvələrin, təəsssüf ki, kütləvi informasiya vasitələri və sosial media vasitəsilə dini mühitimiz haqqında bilərəkdən mənfi rəy formalaşdırmasıdır".
QMİ-nin sədr müavini qeyd edib ki, son dönəmin ən böyük problemi dünyanı və xüsusən müsəlman aləmini bürüyən radikallaşma, terrorizm və ekstermizimdir: "Təəssüf ki, Qərbin fitnəsi ilə islam aləmini parçalamaq istəyən bəzi daxili və xarici qüvvələr Azərbaycanı da öz oyunlarına alət etmək niyyətindədirlər. Bu məqsədlə onlar bir sıra qeyri-ənənəvi təriqətlərin özək qruplarını bizim ərazilərdə, şəhər və kəndlərimizdə yerləşdirirlər.Müxtəlif maddi və mənəvi təbliğatla ətraflarına əhalini, xüsusən də gəncləri toplayırlar. Onları milli dəyərdən imtina etməyə, ailə və cəmiyyətə qarşı getməyə təşviq edirlər. Bu gün dini mühtimizin sabitliyini pozan destruktiv qüvvələrin neytrallaşdırılması istiqamətində işlər görülür. Multikultiralizm və dini tolerantlıq münasibətlərinin aparıcı qüvvəsi olan Qafqaz Müsəlmanları İdarəsi dini radikalizm və məzhəb ayrı-seçkiliyinə qarşı barışmaz mövqedə duran bir mərkəzdir".
1
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1174 dəfə oxunub
2
Baş nazir sərəncam imzaladı
1125 dəfə oxunub
3
Azərbaycan Bosniya üçün vizasız rejim təklif edib
1124 dəfə oxunub
4
Marneulidə toy kortejində baş verən qəzada iki azərbaycanlı ölüb - FOTO
1088 dəfə oxunub
5
Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir
1063 dəfə oxunub