Ötən gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. İclasın yekunları olaraq, 3 sayta xəbərdarlıq edilib, 1 sayt “qara siyahı”ya salınıb.
Hansı hallarda saytlar “qara siyahı”ya salına bilər?
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, bəzi media qurumları insanları şantaj edirlər :
“İnternet resursları inkişaf etdkdən sonra jurnalist peşəkarlığı kənarda qaldı. Çoxsaylı informasiyalar yayan saytlar formalaşdı. Bu gün hətta bir nəfər 5-10 saytda müəyyən informasiyalar yaymaqla məşğuldur. Onlar dəqiqləşdirmədən, peşəkarlıqdan kənar informasiyalar yayırlar. Bu da insanlar arasında narazılıq yaradır. Bəzən insanları şantaj edirlər, onların özəl həyatlarına nüfuz edir, hər addımda insan haqqlarını pozurlar. Mətbuat Şurasına bu istiqamətdə müraciətlər olur. Şikayətlər Mətbuat Şurası tərəfindən araşdırılır və sonra Azərbaycan Mətbuat Şurasının Şikayətlər uzrə Komissiyasında baxılır. Tərəflər arasında razılıq əldə olunar, informasiyanı yayan tərəf səhvini etiraf edərsə, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında bu məsələyə xitam verilir. Amma mübahisəli məqamlar olduqda, bir saytla bağlı təkrar şikayətlər gəldikdə bu məsələr Mətbuat Şurasının Reket Komissiyasında da müzakirə edilir. Bundan sonra qaydalara uyğun müvafiq tədbirlər görülür. “Qara siyahı”ya salmaq da bu tədbirlərin içərisindədir. Qanunvericilikdə bu məsələ ilə bağlı müəyyən boşluqlar var. Düşünürəm ki, bununla bağlı yeni ildən yeniliklər olacaq”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub