Bu barədə aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin qardaşı Anar Ağayev bildirib. Onun sözlərinə görə, hərbçi qardaşı dövlət tərəfindən tam müalicə olunub.
“Qardaşımı Türkiyənin Gülhanə Tibb Akademiyasına göndərdilər. Orada olanda bizə yüksək səviyyəli qulluq göstərildi, sağ olsun dövlətimiz bizi tək buraxmadı. Müdafiə nazirinin tapşırığına əsasən nazir müavini də bizi Türkiyədə ziyarət etdi, müalicənin gedişi və problemlərimizlə maraqlandı”, - deyə Anar Ağayev bildirib.
Onun sözlərinə görə, qardaşı Azərbaycana qayıdandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında reabilitasiya keçib. Anar Ağayev deyir ki, həmin ərəfədə də Yaşar Ağayev diqqətdən kənarda qalmayıb: “Bu günlərdə ailəmizin bir çətinliyi də hərbçilərimizin köməyi ilə həll olundu. Müdafiə nazirliyinin rəhbərliyi yenə də bizə dəstək oldu. Bütün bu diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin birinci vitse-prezidentinə Mehriban xanım Əliyevaya, o cümlədən Müdafiə nazirinə və nazirliyin bütün şəxsi heyətinə ailəmiz adından minnətdarlığımızı çatdırıram”.

1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub