USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Metronun bu stansiyası təmirə bağlanır

10:41 28.12.2017
Metronun bu stansiyası təmirə bağlanır
10:41 28.12.2017
"Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq.   Mynews.az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.   O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan ekskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq".   N.Paşayev bildirib ki, hazırda "Sahil" satansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik".

Xəbər lenti