Təcrübəsi olmayan ali təhsilli gənclər də rahat iş tapa biləcəklər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı layihə "İşsizlikdən sığorta haqqında" qanunun aktiv məşğulluq proqramı çərçivəsində həyata keçiriləcək.
Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və Sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, əvvəlcə ali təhsilli gənclər paytaxt və bölgələrdəki Məşğulluq mərkəzlərində qeydiyyata duracaqlar. Sonra isə həm məşğulluq mərkəzinin əməkdaşları, həm də gənclərin özləri uyğun iş yerlərinin axtarılmasına başlayacaqlar.
Həmin gəncin maaşının 50 faizi Məşğulluq Mərkəzləri tərəfindən ödəniləcək.
Layihəyə 3 gün sonra, yəni yanvarın 1-dən start veriləcək.
Növbəti dövrlər ərzində də statistik rəqəmlər analiz ediləcək və müqavilə müddəti bitdikdən sonra da həmin gəncləri işlə təmin edən şirkətlərlə əməkdaşlığa üstünlük veriləcək.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub