Məhkəmə ANS-lə bağlı qətnaməni ləğv etdi
"Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə “ANS ÇM” Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb.
Mynews.az "Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib, həmin hissədə iddia təmin olunmayıb.
Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.
Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: "ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks" MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".
"Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".
Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.
“ANS ÇM” Yayım və Media Şirkəti isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, borcun və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib.
Xatırladaq ki, "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1198 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1149 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1140 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1066 dəfə oxunub