Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycan parlamentində etiraza səbəb olub.
Mynews.az APA-ya istinadla xəbər verir ki, deputat Fərəc Quliyev Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.
Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilməsini təklif edib.
Əflatun Amaşov qeyd edib ki, əgər Gürcüstan buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur. Aytən Mustafayeva da Gürcüstan baş nazirinin bu fikrinə sərt etirazını ifadə edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib:
“Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub