"5/5" verilişində Zaur Kamalın qonağı olan Rəhim Rəhimli aparıcının suallarına yeni qalmaqalların əsasını qoyacaq açıqlamaları ilə yadda qalıb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Zaur müğənni qonağına "Rəhim, sən yaxşı bəstəkarsan, yoxsa yaxşı müğənni?" sualı ilə müraciət edib.
Rəhimin cavabının bir çox həmkarlarını ondan incik salacağı şübhə edilmir:
"Mən özümə heç vaxt müğənni demirəm. Müğənni kimdir? Bax, Aygün Bəylər müğənnidir. Sonra kimi deyim, Samir Piriyev, Elton müğənnidir. Onlar müğənnidir. Mən müğənni deyiləm, mən öz mahnılarımın ifaçısıyam. Müğənni onlardır. Müğənninin diapazonu, səsi, tembri, qırtlağı olar.
Qeyd edək ki, bu yaxınlarda "Səhər-Səhər" verilişində qonaq olan Aygün Bəylər aparıcının Röyaya "sənətkar" deməyindən qəzəblənərək, əmədar astistin ünvanına xoşagəlməz açıqlamaları ilə yadda qalıb. Həmin andan etibarən iki "cəbhə" arasında gərginlik səngimək bilmir. Rəhim Rəhimli isə daim Röyaya yaxınlığı ilə seçilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub