"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb".
Mynews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtında yerinə yetirilib.
"Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub. Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub