Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Mynews.az xəbər verir ki, fərmana əsasən, İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsi ləğv edilib.
Qeyd edək ki, həmin maddə nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə inzibati məsuliyyəti nəzərdə tuturdu.