Bakıda azyaşlı qız Şaxta babaya məktub yazıb və hədiyyə istəyib. Məktub qaydalara uyğun olmadığından poçt əməkdaşlarının diqqətini çəkib və onu açıb oxuyublar. Uşağın istədiyi hədiyyəni də Şaxta babanın adından ona göndəriblər.
Mynews.az bildirir ki, 10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni "Azərpoçt" göndərib.
Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib.
4-cü sinif şagirdi olan Nigar Şaxta babanın hədiyyəni göndərməsi üçün evlərinin ünvanını məktubda qeyd edib. Lakin məktub normal qaydalara uyğun yazılmadığından poçt əməkdaşlarının diqqətini çəkib.
4 gün əvvəl isə "Azərpoçt" MMC-nin poçt bağlamaları daşıyan maşını vasitəsi ilə böyük bir bağlama Nigarın məktubu qutuya atdığı 15 saylı poçt şöbəsinə göndərilib. Uşağın valideynləri də qaydalara uyğun olaraq bağlamanı almaq üçün oraya dəvət ediliblər.
Göndərilən bağlamada Nigarın istədiyi gəlinciklə yanaşı, bir neçə oyuncaq və hədiyyə qutusu da olub.
"Azərpoçt" MMC-dən bildirilib ki, uşaqlar tərəfindən yazılan bu cür məktublara tez-tez rast gəlinir. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub