İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun bu gündən qüvvəyə minib. Qanuna əsasən, siqaret, sulu qəlyan və elektron siqaretdən bir çox yerlərdə istifadə edilməsinə görə cərimə tətbiq ediləcək. Bəs hansı ərazilərdə tütün məmulatlarından istifadəyə icazə verilmir?
İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət obyektləri, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili və rayonlararası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə eləcə də avtobus dayanacaqlarında tütün məmulatlarından istifadə qadağan olunub.
Siqaret, sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Qəbul edilən yeni qaydaya görə, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerləri ayrılmalı və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqşunas Kamandar Hüseynov deyir ki, bu qaydaları pozan şəxsləri polis əməkdaşları gördükdə dərhal cərimə edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub