Mənzil İnşaatı Dövlət Agentliyi dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsinə start verir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət təhsil işçilərinə güzəştli mənzillərin verilməsindən gedir.
MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi təhsil işçilərinə yönəlib. Mənzillərin aylıq ödənişi isə onu əldə edənlər üçün kifayət qədər sərfəli olacaq.
Layihə ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək. Təhsil işçilərinə mənzillər Yasamal Yaşayış Kompleksinin ərazisindəki 1 binadan veriləcək. Ekspertlər düşünür ki, gələcəkdə dövlət sifarişi ilə veriləcək mənzillərin əhatə dairəsi genişlənəcək.
Onu da qeyd edək ki, güzəştli mənzillər iki əhali qrupuna verilir. Bunlardan birincisi seçilmiş kateqoriyalara aid edilən şəxslər, digəri isə dövlət sifarişi əsasında müəyyənləşdirilən şəxslərdir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub