Salyan rayonunda Axundovlar ailəsinin həyətyanı sahəsində əkilmiş alma ağacı hər 5 ildən bir qışda da bar gətirir.
Mynews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, qeyri-adi hadisə Salyan şəhər sakini Fəxrəddin Axundovun həyətyanı sahəsində baş verib. Hündürlüyü 5 metrə yaxın olan alma ağacının yayda meyvəsinin yığılmasına baxmayaraq, qış fəslində ikinci dəfə bar verib.
Təsərrüfat sahibi deyir ki, alma ağacı 25 il bundan öncə əkilib. Əkildiyindən 5 il sonra ilk dəfə olaraq ikinci dəfə qışda meyvə gətirib. Ağacın qışda bar verməsi də görənlərin marağına səbəb olur.
Təsərrüfat sahibi həyətində yeganə olan bu alma ağacından əldə etdiyi yeni tinglər hesabına ağacların sayın artırmaq niyyətindəndir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub