USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sürücülərin nəzərinə! Sabahdan Bakıda bu prospekt bağlanacaq

22:17 27.02.2017
Sürücülərin nəzərinə! Sabahdan Bakıda bu prospekt bağlanacaq
22:17 27.02.2017
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.
 
"Azəravtoyol” ASC-dən  verilən məlumata görə, bu işlər çərçivəsində fevralın 28-dən etibarən avtonəqliyyat vasitələrinin sözügedən prospektlə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.
 
Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.
 
"Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti